"İlhamə Quliyeva onu elə vurdu ki, papağı başından uçdu" - İllər sonra ŞOK ETİRAF + FOTO

Məşhur müğənni Elşad Qarayev sovet dövründə Gürcüstanda oxumaq üçün dəvət aldıqları toydan sonra başına gələnləri danışıb.

Titul.az xəbər verir ki, sənətçi gecə saat 3 radələrində Kür çayının kənarı ilə getdiləri zaman onların içərisində olduqları avtomobilin tanımadıqları şəxslər tərəfindən qarşısının kəsildiyini bildirib:

"Saxlayan kimi dediklər ki, yük yerini açın, biri gəldi ki, "bardaçoku" açın baxaq. İlhamə xanım (Quliyeva) hələ onda Əməkdar artist idi. O, həmin şəxslərə dedi ki, sizin nə ixtiyarınız var ki, bizim getdiyimiz avtomobili yoxlayasınız. İlhamə xanım həmin şəxsə bir şillə vurdu, onun başından papağı düşdü yerə".

 

13:01 - 17 Fevral 2025

Xəbər lenti

Digər xəbərlər