Əməkdar artist İlkin Əhmədov hələ populyarlıq qazanmamışdan öncə başına gələn hadisədən danışıb.
Titul.az xəbər verir ki, xanəndə tələbələlik vaxtında dolanmaq üçün Bakıda kiçik həcmli restoranlarda oxuduğunu bildirib.
İlkin həmin dövrdə ailəsinin maddi durumunun çətin olduğunu görüb, atasına yük olmamaq üçün öz xərclərini özü qarşılamaq qərarına gəlib.
Sənətçi həmin vaxtı oxuduğu restoranın sahibi tərəfindən qovulduğunu etiraf edib. İlkin bildirib ki, sözügedən şəxs ona "Burda lazım deyilsən, çıx buradan" deyərək onu işindən uzaqlaşdırmışdı.
16:00 - 17 Fevral 2025