Azərbaycanda məşhur müğənni HƏBS OLUNDU - Saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

 Azərbaycanda məşhur müğənni HƏBS OLUNDU - Saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.

Titul.az-ın əldə etdiyi məlumata görə, Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb. Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb. 

Musiqi aləmində "Azərbaycanın İbrahim Tatlısəsi" kimi tanınan Elmirin yaxınlarının Titul.az-a verdiyi məlumata görə sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reablitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra, bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reablitasiya dövründən öncə törətdiyi cinayət əməlinə görədir.

01:06 - 14 Fevral 2025

Xəbər lenti