Vaqif Əsədovun yerinə O GƏLDİ - FOTO

 Vaqif Əsədovun yerinə O GƏLDİ - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

Titul.az Trend-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.

Polis kapitanı Toğrul Nəsirli təyinatı ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

14:20 - 20 Dekabr 2023

Xəbər lenti