Azərbaycanda əsgərlərlə görüş QADAĞA EDİLDİ

 Azərbaycanda əsgərlərlə görüş QADAĞA EDİLDİ

Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Titul.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - Nazirlikdən bildirilib.

12:08 - 11 Fevral 2025

Xəbər lenti