Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Titul.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.
Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş.
Ramil Məmmədovun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
09:46 - 11 Fevral 2025