Türkiyəli aparıcı Didem Arslan Yılmaz Canlı yayımda 5 övladı ilə birlikdə həyatını itirən Özlem Çətin faylını müzakirə edib.
Didem Arslan Yılmaz Şanlıurfada mindikləri avtomobilin suvarma kanalına düşməsi nəticəsində 1 ana və 5 uşağının həyatını itirdiyini xatırladıb və Özlem Çətinin ailəsinə söz verib.
Özlem Çətinin həyat yoldaşı Həsənin avtomobil kanala düşmədən tullandığı xatırladılıb.
Titul.az xəbər verir ki, Özlem Çətinin həyat yoldaşı Həsən kanala düşmədən avtomobildən atılıb. Həsənin şübhəli ifadələrindən sonra ailə hadisənin qəza deyil, qətl olduğunu iddia edib.
Özləmin anası Adile Xanım, atası Cuma bəy və bacısı Songül Xanım bildiriblər ki, kürəkəni Həsən Özləmi daim döyüb, hədələyib. Həsənin sevgilisi olduğunu və boşanmaq istədiyini deyən Songül, bacısının ərinin qardaşının qətli etiraf etdiyini iddia edib.
İddiaların mərkəzində olan ər verilişlə telefon əlaqəsi yaradıb.
Həyat yoldaşı və uşaqlarının ölümündən 6 ay sonra sevgilisi İslimanla ailə quran Həsənin övladlarının öldüyü nəqliyyat vasitəsini toy maşını kimi istifadə etdiyi məlum olub. Həmin görüntülər izləyiciləri təəccübləndirib. /32gun.az
13:53 - 20 Dekabr 2023