Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Titul.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 45 yaşlı S.Babayev 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi.
Dövlət başçısının digər sərəncamı ilə, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.
15:57 - 6 Fevral 2025