"Yoldaşımın dayısı qızı toyda gəldi dedi ki, "yengə, sən niyə Əminə ablama deyirsən ki, mən istəmir bilərzik".
Titul.az xəbər verir ki, bunu müğənni Yeganə Mürsəlova deyib.
Müğənni açıqlamasının ardına əlavə edib:
"Dedi ki, sənin qoluna taxılan burma bilərzik sizin pulnan 3 mindir". Səndemə onlarda borcdur: Xala əgər xala oğlunun toyunda gəlinə bir burma bilərzik taxıbsa, mən də gətirib iki burma bilərzik taxmalıyam. Onda başa düşdüm, "istəmirəm" dediyim o bilərziyi tez götürdüm".
Xatırladaq ki, Yeganə Fatih Akbudak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün bir oğul övladı var.
23:13 - 3 Fevral 2025