Gənc ifaçı Aygül Səfərova yeni geyimi ilə diqqət çəkib.
Titul.az xəbər verir ki, daha çox açıq-saçıq geyimi ilə yadda qalan xanım ifaçı bu dəfə hicab bağlayıb.
Qeyd edək ki, ifaçı aylar öncə həyat yoldaşının ona xəyanət etdiyinə görə ayrıldıqlarını bildirib.
"3 il ailəli olduq. Həyatdır da... Heç bir qadın istəməz ki, sevərək qurduğu ailəsi dağılsın, amma qismət. Hər-halda o xəyanət etdi, bununla da məni itirdi. Məni itirmək elə onun ən böyük cəzası olsun.
1 övladımız var. Övladı üçün yaxşı atadır. Amma mən artıq güvənim qalmayan insanla davam edə bilmərəm. Çox sevdim onu, amma sonda kitabı özüm bağladım", - deyə Aygül qeyd edib.
09:07 - 1 Fevral 2025