Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb.
Titul.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar imzalanıb.
Ətraflı
Qərara əsasən, ali məktəbin dekan və dekan müavinlərinin aylıq vəzifə maaşına 30%-ə qədər əlavə edilib.
Kafedra müdirlərinin akademik və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs yükünə görə aylıq vəzifə maaşı 20%-ə qədər artırılıb.
Tibb fakültəsinin professor-müəllim heyətinin aylıq vəzifə maaşına 40%-ə qədər əlavə edilib.
Tədrisi ingilis dilində olan ixtisaslarda tədrislə məşğul olan professor-müəllim heyətinin aylıq vəzifə maaşında artım isə 90%-ə qədər olub.
10:36 - 24 Yanvar 2025