Türkiyənin Egey dənizi sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Titul.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 23:38-də (Bakı vaxtı ilə 00:38) Türkiyənin Çanaqqala vilayətinin Ayvacık şəhərindən 6.62 km cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 8.65 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
07:54 - 22 Yanvar 2025