İlham Əliyev Ərdoğana başsağlığı verib

 İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Titul.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

17:35 - 21 Yanvar 2025

Xəbər lenti