İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, yenidən reanimasiyaya yerləşdirilib.
Titul.az xəbər verir ki, bu barədə report-a aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir, vəziyyəti ağır-stabildir.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.
13:22 - 21 Yanvar 2025