Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO

 Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

Titul.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
 
Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.
 
Z.İsmayılovanın 3 övladı var.
 
Faktla bağlı araşdırma aparılır.

08:16 - 21 Yanvar 2025

Xəbər lenti