"Kapitalbank" 17 fevraldan etibarən SMS bildirişləri üçün xidmət haqqını artırır.
Titul.az xəbər verir ki, bu barədə bank müştərilərinə bildiriş göndərib.
Qeyd edilib ki, 17 fevraldan etibarən SMS-bildirişlər üzrə aylıq xidmət haqqı hər kart üçün 3 manat olacaq.
Xatırladaq ki, SMS-bildiriş xidmətini isə istənilən vaxt tətbiqdə deaktiv etmək mümkündür. Bu zamana qədər sözügedən xidmət haqqı 2 manat təşkil edirdi. /Referans
16:30 - 17 Yanvar 2025