“Şamaxı” Tanzaniyadan futbolçu tapdı

 “Şamaxı” Tanzaniyadan futbolçu tapdı

“Şamaxı” klubu heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə Titul.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə "6 ay + 1 illik" müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub. O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.

11:22 - 16 Yanvar 2025

Xəbər lenti