20 yanvar tarixi Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd edilir.
Titul.az xəbər verir ki, bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini yad edirlər. Bu tarixdə ölkə ərazisində qeyri-iş günü olur.
Qeyd edək ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən, 18-20 yanvar aralığı ölkədə qeyri-iş günü olacaq.
10:50 - 14 Yanvar 2025