ABŞ dolları əsas dünya valyutaları (avro, yapon yeni və ingilis funtu daxil olmaqla) qarşısında son iki ilin ən yüksək həddinə çatıb.
Titul.az sfera.az-a istinadən xəbər verir ki, yanvarın 13-də Dollar İndeksi (DXY) 10 Noyabr 2022-ci ildən bəri ilk dəfə 110 bəndi ötüb.
"Financial Times" yazıb ki, Amerika valyutasının möhkəmlənməsinə səbəb ABŞ-də məşğulluq məlumatlarının dərc edilməsi olub. Proqnozların əksinə olaraq ölkədə yeni iş yerlərinin sayı artıb ki, bu da Federal Ehtiyat Sistemini (FRS) faiz dərəcələrini azaltmağı gecikdirməyə məcbur edə bilər.
Bundan əlavə, dollara tələbi Avropa İttifaqı və Böyük Britaniyada uçot dərəcəsinin azaldılması gözləntiləri gücləndirir.
Analitiklərin fikrincə, 2025-ci ildə ABŞ valyutası 5% arta və avrodan bahalaşa bilər. Sonuncu dəfə bu 2022-ci ildə baş verib.
Daha əvvəl bildirilib ki, 2024-cü ilin üçüncü rübündə dolların dünya valyuta ehtiyatlarında payı son 30 ildə minimum həddə çatıb.
22:27 - 13 Yanvar 2025