Rusiya hökuməti işəgötürənlərin çoxuşaqlı ailənin valideynlərini işdən çıxarmasını qadağan edən qanun layihəsini müsbət qiymətləndirib.
Titul.az Publika.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bəzi iradlar nəzərə alınmaqla sənədin yekunlaşdırılmasını tövsiyə edib.
Bu gün Rusiyada oxşar qanun üç və ya daha çox uşağı olan ailələrə şamil edilir, lakin o, çoxuşaqlı ailələrin hüquqlarını yalnız uşaqlardan biri üç yaşından kiçik olduqda qoruyur.
Yeni qanun layihəsi uşaqların 14 yaşına çatana qədər “qoruma tədbirlərinin” uzadılmasını nəzərdə tutur. “Qanun layihəsində 14 yaşınadək üç və ya daha çox uşağı olan ailənin yeganə təminatçısının işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmasının qadağan edilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
12:03 - 13 Yanvar 2025