Emblemində peyğəmbərin FOTOSU VAR - “Qarabağ”ın rəqibi kimdir?

 Emblemində peyğəmbərin FOTOSU VAR - “Qarabağ”ın rəqibi kimdir?

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi Portuqaliyanın "Braqa" klubu olub. "Qafqazinfo" xəbər verir ki, ölkəsinin 4 nəhəng klubundan biri olan eyniadlı şəhərin təmsilçisi 1921-ci ilin 19 yanvarında yaranıb.

İngiltərənin "Arsenal" klubuna bənzəyən rənglərinə görə onlara "arsenalistlər" ləqəbi verilib. Komanda oyunlarını "Estadio Municipal de Braga"da keçirir.

"Braqa" daha çox 2000-ci illərdən sonra məşhurlaşmağa başlayıb. "Böyük üçlük"dən ("Benfika", "Porto" və "Sportinq") sonra ən çox titul qazanan kluba çevrilib. Onlar Avropa meydanlarında da müəyyən uğurlar qazanıb. Potuqaliya təmsilçisi 2008-ci ildə UEFA İntertoto Kubokunu qazanıb.  Ölkəsinin bunu bacaran yeganə klubu olaraq tarixə düşüb.

2011-ci ildə "Braqa" daha bir tarix yazaraq, UEFA Avropa Liqasının finalına vəsiqə qazanıb. Burada isə rəqib həmyerliləri olub. "Porto" ilə üzləşən baraqalılar bu görüşdən məğlub ayrılıb. Həmin vaxtlar portoluların heyətində ulduzu parlayan Radamel Falkao yeganə qolun müəllifi olub. Bundan sonra isə klubun Avropada nüfuzu artıv.

"Braqa" ölkə daxilində 6 dəfə kubok qazanıb. Komandanın əzəli rəqibi isə "Vitoria" klubudur.

"Braqa" 2009/2010-ci illər mövsümündə Premyer Liqa ikincisi olub. Onlar bununla da ilk dəfə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. Bunu klub tarixində həmin zamana kimi ən yüksək nəticə olduğu deyilirdi. 2010-cu ildən sonra "Braqa" gənc futbolçuları yetişdirməyə başladı, akademiyaya xüsusi diqqət ayrıldı.

"Braqa"nın emblemində İsa peyğəmbərin körpəliyi və onu qucağında tutan anası Məryəmin fotosu yer alır. Həmçinin şəhərin simvolu sayılan qalxan da klubun atributu sayılır. Bir çox "Braqa" azarkeşi Məryəmin onlara şans gətirdiyini deyir.

Ötən mövsüm ölkə çempionatında 3-cülük qazanan braqalılar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən mübarizəyə qoşulub. Əvvəlcə Serbiyanın "Backa Topola" klubuna qalib gələn portuqallar növbəti raundda "Panatinaikos"la üz-üzə gəlib. Pley-off-da iki matçın nəticəsinə görə "ağ-qırmızlar" qrup mərhələsinə vəsiqə qazanıb.

Qrup mərhələsində isə onların bəxti gətirmir. "Real" və "Napoli"nin yer aldığı qrupdan çıxmaq braqalılar üçün xəyal ola bilərdi. Almaniyanın "Union" klubu da onların rəqiblərindən biri olur. İspanlara və italiyanlara məğlub olan "Braqa" yalnız "Union"dan iki oyunda da xal ala bilir və UEFA Avropa Liqasının pley-off-una vəsiqə əldə edir.

Komandanın baş məşqçisi Xorxe Arturdur. Klubla uğurlar qazanan məşqçi azarkeşlər tərəfindən də çox sevilir.

Qafqazinfo

00:37 - 19 Dekabr 2023

Xəbər lenti