Azərbaycanda baldızının intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.
Titul.az xəbər verir ki, Laçın rayon sakini 1986-cı il təvəllüdlü Südabə Hüseynovaya (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 156.1-ci, yəni şəxsi həyatın toxunulmazlığı maddəsi ilə iş açılıb.
Araşdırmalarla Südabənin ərinin bacısı olan Xanım Hüseynovaya məxsus intim görüntüləri digər vətəndaşların mobil telefonuna göndərərək onun şəxsi həyatına dair informasiyaları yayması məlum olub.
Müəyyən edilib ki, hadisədən əvvəl dövlət qurumlarından birində çalışan Südabənin əri öz müdiri Turaldan işlənmiş telefon alıb. Südabə evdə olarkən ərinin telefonunu götürərək onun yaddaş hissəsində axtarış aparıb. Bu zaman o, Tural ilə, yəni telefonun keçmiş sahibi ilə baldızı Xanım arasında sevgi münasibətinin olmasını öyrənib. Südabə onlar arasındakı danışıqları oxuyub, həmçinin baldızı Xanımın Turala göndərdiyi intim görüntülərini öz telefonuna köçürüb.
Bundan sonra Südabə evli baldızının evli kişi ilə sevgi yaşamasını, ona intim görüntülər göndərməsini yaxınlarına və digər şəxslərə bəyan etmək qərarına gəlib. O, görüntüləri bir neçə nəfərə göndərərək baldızını rüsvay edib.
Başlanmış cinayət işinin materialları baxılması üçün Laçın rayon məhkəməsinə göndərilib.
Məhkəmə Südabə Hüseynovanı 156.1-ci maddə il təqsirli bilərək qazancının 15 faizinin dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edib. Həmçinin təqsirləndirilən şəxsin üzərində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri saxlanılıb.// Publika.az
18:19 - 8 Yanvar 2025