“Ulduz”da sərnişin özünü relsin üzərinə atıb - Qatar platformaya daxil olanda...

 “Ulduz”da sərnişin özünü relsin üzərinə atıb - Qatar platformaya daxil olanda...

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Titul.az xəbər verir ki, QSC-nin yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

22:14 - 7 Yanvar 2025

Xəbər lenti