Mayora hücum edən idmançılar HƏBS EDİLDİ

 Mayora hücum edən idmançılar HƏBS EDİLDİ

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

Titul.az xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib. 

Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb. 

Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində  həbsini tələb edir.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır. 

14:52 - 7 Yanvar 2025

Xəbər lenti