Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi

 Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi

Baş nazirin köməkçisi Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

Titul.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Bu gün Ə.Əhmədzadə 80 illik yubileyini qeyd edir.​

Qeyd edək ki, Ə.Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədridir. O, 2006–2021-ci illərdə bu vəzifəni icra edib. Ə.Əhmədzadə 2021-ci ildə Baş nazirin müşaviri, 2024-cü ildə isə Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

11:03 - 7 Yanvar 2025

Xəbər lenti