Bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bu barədə Titul.az-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
Məlumata əsasən, "Baku Bus" avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı "Volvo" markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, qəza edən avtobus Sahil qəsəbəsini "Sahil" metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusdur.
12:53 - 4 Yanvar 2025