Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.
Titul.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.
R. Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır.
Məlumatı teatrın Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.
17:03 - 18 Dekabr 2023