Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb
Titul.az xəbər verir ki, yanvarın 2-də rayonda baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunda Hacıqabul rayonundan keçən hissəsində baş verən zəncirvari qəzasında yeddi nəfər yaralanıb. Onlardan artıq üçü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report)
10:10 - 3 Yanvar 2025