Azərin ürək fəaliyyəti BƏRPA EDİLDİ - FOTO (Yenilənib)

 Azərin ürək fəaliyyəti BƏRPA EDİLDİ - FOTO (Yenilənib)

Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

Titul.az xəbər verir ki, ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova axşam.az-a bildirib ki, aktyorun ürək fəaliyyəti yenidən bərpa olunub və hazırda onun vəziyyəti ağır kritik olaraq qalır:

"Xəstə koma vəziyyətində xəstəxanaya daxil olub. Lakin daha sonra müdaxilələrə baxmayaraq xəstənin ürəyi dayanıb. Bununla bağlı məlumat yaydıqdan dəqiqələr sonra bəlli oldu ki, həkimlərin səyləri nəticəsində xəstənin ürək döyüntüləri bərpa edilib. Hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Reanimasiyadadır, vəziyyəti ağır kritik olaraq qalır".

XXXX

15:45

"Bozbash pictures"in "Ağsaqqal"ı aktyor Azər Baxşəliyev beyin insultu keçirib.

Aparıcı, aktyor İlkin Həsəni Titul.az-a açıqlamasında bildirib ki, Azər hazırda komadadır.

Ətraflı məlumat veriləcək...

19:00 - 2 Yanvar 2025

Xəbər lenti