Xəzər dənizində zəlzələ qeydə alınıb.
Titul.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 6:40-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,5 olub.
Zəlzələ ocağı 17 kilometr kilometr dərinlikdə yerləşib.
Bunun ardınca, yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
08:55 - 31 Dekabr 2024