"İncəsənət adamlarına da fəxri adlarla bağlı dövlətimizin imzası olmalıdır. Amma bilirsiniz ki, bir müddət bundan əvvəl bu adlar pul ilə satılırdı. Deyirdilər ki, "bu qədər məbləğ ver, sizə Əməkdar artist adı verək".
Titul.az xəbər verir ki, bunu müğənni Təranə Qumral deyib.
Xanım müğənni bildirib ki, onlar heç vaxt pul ilə ad almaq fikrində olmayıblar:
"Biz heç vaxt getmədik pula satılmağa. Fikirləşdik ki, dövlətimiz nə zaman istəyəcəksə, bizə də o vaxt fərxri ad verəcək. Bu, qanun çərçivəsində olmalıdır".
Alp Arslan
19:57 - 29 Dekabr 2024