Azərbaycanda zəlzələ oldu

 Azərbaycanda zəlzələ oldu

Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.

Bu barədə Titul.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda nəql edilib.

Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.

00:56 - 30 Dekabr 2024

Xəbər lenti