Azərbaycanda toy yasa döndü - Gəlinin anası öldü: Qızdan bunu gizlətdilər + FOTOLAR

 Azərbaycanda toy yasa döndü - Gəlinin anası öldü: Qızdan bunu gizlətdilər + FOTOLAR

İki gün əvvəl Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası bütün ölkənin danışdığı əsas hadisələrdən oldu.

3 nəfərin öldüyü dəhşətli qəzada toya və yasa gedənlərin avtomobilləri toqquşması olayı bir xeyli diqqət çəkdi.

Toqquşan avtomobillərdən “VAZ 2107”də olanlar Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir. Onlar Salyana yas mərasiminə gedirmiş.toy

Qəzanın digər iştirakçısı “Opel” markalı avtomobildə olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gedirmiş.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. 

Titul.az-ın əldə etdiyi məlumata görə, ölən qadınlardan biri qızının toyuna gedən ana imiş. Toyun sonuna kimi gəlindən anasının Bakıdan toya gələrkən yolda faciəvi şəkildə həlak olduğu gizlədilib.

Hadisənin fotoları:

00:18 - 30 Dekabr 2024

Xəbər lenti