Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğrayıb.
Titul.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Son məlumata görə, hadisə nəticəsində 62 nəfər həyatını itirib.
Təyyarə qəzasından 3 nəfər sağ çıxıb.
"Jeju Air" şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
08:03 - 29 Dekabr 2024