2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Titul.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, Prezident Administrasiyası Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

13:21 - 28 Dekabr 2024

Xəbər lenti