Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsində dəhşətli hadisənin baş verməsinə dəqiqələr qalmasına baxmayaraq təmkini və cəsarəti ilə titrək səslə sərnişinlərə söylədikriylə tarixə çevrilən stüardessa Hökumə Əliyevanın vəzifə başında olarkən təsadüfən çəkilmiş görüntüsü yayılıb.
Titul.az-ın əldə etdiyi kadrlar 5 il əvvəl bir sərnişin tərəfindən çəkilib.
Həmin kadrları təqdim edirik:
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. Həyatını itirən 3 ekipaj üzvündən biri də Hökumə olub.
12:41 - 28 Dekabr 2024