Əməkdar artist Ağalar Bayramov ailəsi ilə bağlı tükürpədici açıqlaması ilə hər kəsi qəhərləndirib.
Titul.az xəbər verir ki, o, Şəhriyar adlı oğlunu 9 yaşı olarkən faciəvi şəkildə itirdiyini deyib.
Əməkdar artist qeyd edib ki, oğlunu həmin vaxt elektrik qatarı vurub, bu onun həyatının ən ağrılı-acılı tarixlərindən biri olub.
2-ci sinifdə oxuyan övladını ölümündən sonra həyat yoldaşının doğulduğu Qubadlıda dəfn etdiyini bildirən Ağalar Bayramov 30 illik işğal dövründə çox çətin günlər keçirdiyini sözlərinə əlavə edib.
Lakin, Əməkdar artist 4 il öncə 44 günlük Vətən müharibəsi zamanı Qubadlının işğaldan azad edilməsindən sonra gedib, övladının məzarını tapdığını, onu gözyaşları içində ziyarət etdiyini bildirib.
19:46 - 27 Dekabr 2024