Azərbaycanda eyni gündə 3 TƏKAN: GÜCLÜ ZƏLZƏLƏ YAXINLAŞIR? 

 Azərbaycanda eyni gündə 3 TƏKAN: GÜCLÜ ZƏLZƏLƏ YAXINLAŞIR? 

Ötən gün müxtəlif saatlarda Xəzər dənizində 3 zəlzələ baş verib.

Respublika Seysmologiya Mərkəzindən məlumat verilib.

Xəzər dənizində ilk yeraltı təkan Bakı vaxtı ilə gecə saat 02:03-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 63 km olub. İkinci təkan Bakı vaxtı ilə saat 07:28-də 3,1 maqnitudalı zəlzələ ilə qeydə alınıb, zəlzələ ocağı 30 km dərinlikdə yerləşib.

Sonuncu təkan isə yerli vaxtla 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.

Titul.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev referans.az-a açıqlamasında seysmik aktivliyin artma səbəblərindən danışıb.

“Əvvəlki müsahibələrimdə də qeyd etmişəm ki, 2024-cü il seysmik və tektonik aktivlik baxımından yaddaqalan bir il olacaq. İlin axırı olmasına baxmayaraq biz bunu hələ də müşahidə edirik. Xəzər dənizinə gəldikdə isə Xəzər dənizi mürəkkəb bir tektonik regiondur. Xəzər dənizində müxtəlif tektonik qırılmalar, onların qovşaqları, çox mürəkkəb struktura malik olan bir ərazidir. Burada çox zəngin seysmik ocaqlar mövcuddur. Bütün seysmik zonayla səciyyələnir. Xəzər dənizi şimalından tutmuş, orta Xəzər, cənubi Xəzər və müxtəlif kiçik miqyaslı qırılmalar, o qırılmaların qurşaqları, həm də nəhəng qırılmalarla zəngindir”.

Seysmoloq deyib ki, ard-arda baş vermiş 3 və 3,5-dən yüksək maqnitudalı zəlzələlər seysmik aktivliyin davam etməsini sübut edir.

“Bakı şəhəri və Abşeron yarımadası üçün Xəzər dənizinin zəngin ocaqları seysmik təhlükə törədir. Nəinki Xəzər dənizinin ocaqları, Şamaxı-İsmayıllı ocağı da bir növ zəlzələ təhlükəsi baxımından Bakı şəhəri və Abşeron yarımadasına təhlükə yaradır”.

15:20 - 27 Dekabr 2024

Xəbər lenti