Azərbaycanlı məşhur aeroport yolunda sürət həddini belə aşdı: Atomobili SAXLANILDI - VİDEO

 Azərbaycanlı məşhur aeroport yolunda sürət həddini belə aşdı: Atomobili SAXLANILDI - VİDEO

Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.

Titul.az-a bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. Müğənni Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Bundan başqa o, yağışlı havada "sürüşkən yol" xəbərdarlığına da məhəl qoymayıb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

02:24 - 18 Dekabr 2023

Xəbər lenti