AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Titul.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Son məlumata görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
13:05 - 27 Dekabr 2024