Dünən səhər saatlarında “Pantsir-1C” HHM-nin yuxarı pilləsi Vladiqafqaz istiqamətində düşüb.
Titul.az xəbər verir ki, bu barədə "online Vladikavkaz" telegram kanalı məlumat yayıb.
Bəzi məlumatlara görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib.
Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Onun vurulduğu iddiaları hər ötən saat təsdiqini tapır.
Bu da sözügedən video:
Qeyd edək ki, bir qədər öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaşı və həlak olan 4 nəfərin nəşi Aktau şəhərindən Bakıya gətirilib.
Bir neçə saat əvvəl isə qəzada ağır yaralanmış 7 Azərbaycan vətəndaşı FHN-nin xüsusi təyyarəsi ilə ölkəyə gətirilib. Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib. Onlar da “Yeni Klinika”ya yerləşdirilib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
19:31 - 26 Dekabr 2024