Aktau hava limanından 3 km aralıda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı müəmmalı məqamlar artmaqda davam edir.
Titul.az xəbər verir ki, təyyarənin quyruğunda və qanadlarında dron partlaması və ya atəşə tutulması zamanı yarana biləcək dəliklərə bənzər dəliklər, qəlpə izlərinin aşıq-aydın görünməsi Azərbaycana məxsus sərnişin təyyarəsinin adi qəza nəticəsində yox, vurulduğu iddialarını ortaya atıb.
Lakin bu da son deyil. Belə ki, qəzadan dəqiqələr öncə sərnişinlərin çəkdiyi daha bir video təyyarənin vurulduğu iddialarını bir xeyli artırmış olub.
İndi təqdim edəcəyimiz kadrlardan aydın görünür ki, təyyarənin salonunda sərmnişinlər üçün nəzərdə tutulan təhlükəsizlik şarları da qəlpə zərbələrindən deşik*deşik olub.
Sözügedən kadrları təqdim edirik:
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır.
13:08 - 26 Dekabr 2024