SON DƏQİQƏ! "Hər şey yaxşı olacaq" deyən Hökümənin meyiti tapıldı

 SON DƏQİQƏ!

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 3 ekipaj üzvünün cəsədinin tapıldığını bildirib.

Titul.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb: 
1. Kşnyakin İqor (pilot)
2. Kalyaninov Aleksandr (pilot)
3. Əliyeva Hökümə (stüardessa)

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Təyyarənin ekipaj üzvlərindən hər iki pilot və bir stüardessa həlak olub, digər 2 nəfər sağ qalıb.

10:43 - 26 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər