Zəng edib dedi ki... - Qəzada xəsarət alan şəxsin atası

 Zəng edib dedi ki... - Qəzada xəsarət alan şəxsin atası

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu".

Titul.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib.

O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: "Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. İndi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".

19:00 - 25 Dekabr 2024

Xəbər lenti