Aktau hava limanından 3 km aralıda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı müəmmalı məqamlar üzə çıxıb.
Titul.az xəbər verir ki, təyyarənin quyruğunda dron partlaması və ya atəşə tutulması zamanı yarana biləcək dəliklərə bənzər dəliklər aşkar edilib. Qazaxıstana yollanan Azərbaycan rəsmilərinin qəzaya uğrayan təyyarəyə baxışı zamanı qanadlarında və motor hissəsinə yaxın yerlərdə mərmi izinə bənzəyən dəliklər açıq-aydın diqqət çəkib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxstana yola düşüblər. Hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
16:17 - 25 Dekabr 2024