Ərdoğan başsağlığı verdi

 Ərdoğan başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana başsağlığı verib.

Titul.az xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı danışıb.

“Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya düşdüyünü böyük kədərlə öyrəndik. Hər iki qardaş ölkəyə millətimiz adından başsağlığı və şəfa diləklərimi çatdırıram”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. İlkin məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.

13:38 - 25 Dekabr 2024

Xəbər lenti