Sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır - Siyahı yenilənib

 Sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır - Siyahı yenilənib

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır.

Titul.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi açıqlayıb.

Həmçinin bildirilib ki, sağ qalanların 10-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdırlar. Daha 3 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib. 

Qeyd edək ki, AZAL təyyarənin göyərtəsində 62 sərnişin olduğunu açıqlayıb. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü isə Qırğızıstan vətəndaşıdır. 

14:04 - 25 Dekabr 2024

Xəbər lenti