Sərnişinlərdən neçəsi azərbaycanlıdır? - RƏSMİ AÇIQLANDI

 Sərnişinlərdən neçəsi azərbaycanlıdır? - RƏSMİ AÇIQLANDI

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

Titul.az xəbər verir ki, təyyarənin bortunda 37 Azərbaycan vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı və 16 Rusiya vətəndaşı olub.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumat yayıb.

Nazirlikdən əlavə edilib ki, bunlar ilkin məlumatlardır. //Sfera.az

13:34 - 25 Dekabr 2024

Xəbər lenti