Sağ qalan 28 nəfər xəstəxanaya yerləşdirildi, 3-ü uşaqdır

 Sağ qalan 28 nəfər xəstəxanaya yerləşdirildi, 3-ü uşaqdır

Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 28 nəfər xəstəxanaya yerləşdirilib.

Titul.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

"Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən, 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.

Xəsarət alanlardan 3-ü uşaqdır.

Ümumilikdə qəza yerinə 150 nəfər şəxsi heyət, 45 texnika, Fövqəladə Hallar Departamenti, Müstəqil Dövlət Yanğınsöndürmə Xidməti və Yol Polisinin qüvvələri cəlb edilib. Sərnişin siyahıları dəqiqləşdirilir", - deyə qurumun məlumatında qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

12:33 - 25 Dekabr 2024

Xəbər lenti