"Qarabağ" "Real", "Barselona", PSJ-ni qabaqladı

Avropada çempionatlarda mövsümdə ən çox qələbə qazanan komandaların adı müəyyənləşib.

Titul.az xəbər verir ki, siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb.

"Qarabağ" 4-cü pillədə qərarlaşıb. Ağdam təmsilçisi 18 matçın 15-də qələbə qazanıb. "Araz-Naxçıvan" isə 12 qələbə ilə 23-cüdür.

Siyahıya "Srvena Zvezda" başçılıq edir. Serbiya təmsilçisi 20 matçın 19-da qələbə qazanıb.

İkinci sırada "Ludoqorest" qərarlaşıb. Bolqarıstan klubu 19 oyunun 17-də qələbə qazanıb.

Çexiya "Slavya"sı isə 19 görüşün 16-da qalib gələrək 3-cü pillədə qərarlaşıb.

Maraq üçün bildirək ki, "Qarabağ" sıralamada “Sportinq”, “Porto” (hər ikisi Portuqaliya), PSJ (Fransa), “Liverpul” (İngiltərə), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Real”, “Atletiko”, “Barselona” (hamısı İspaniya) kimi klubları qabaqlayıb. //Offsideplus.az

14:02 - 24 Dekabr 2024

Xəbər lenti